Lalə Azərtaşın aparıcılıq etdiyi “Təsir dairəsi” verilişinin son buraxılışında maraqlı anlar yaşanıb. SİA xəbər verir ki, efirdə uşaqlarının özündən olmadığını iddia edən atanın DNT testinin cavabı açıqlanıb. Cavablar açıqlandıqdan sonra qadının övladlarının atasının həyat yoldaşı olduğu öz təsdiqini tapıb. Daha sonra qadın sevincini oynayaraq göstərmək istəyib.
Azərtaş mahnını dayandıraraq “Yığışdırın. Bu nədir? Oynamaq da yeni dəbdir?” sözlərini səsləndirib.
Bu hadisədən sonra sosial şəbəkələrdə Zaur Baxşəliyevin efirində oğlu tapıldığı üçün oynayan kişinin görüntüləri yenidən gündəmə gəlib. Bir çoxu aparıcının Zaura söz atdığını da düşünüb.
Müəllif: Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB