Məşhur kamança ustası Mark Eliyahu yenidən Bakıya gəlir. SİA xəbər verir ki, Markın konserti Heydər Əliyev Sarayında baş tutacaq. Sənətçinin “About Love” adlı turnesi çərçivəsində baş tutacaq konsert 19 iyunda keçiriləcək. Konsert üçün biletlərin qiyməti isə 40-220 manat arasında olacaq.

Xatırladaq ki, 1982-ci ildə Dağıstanda doğulan israilli kaman ifaçısı Azərbaycana gələrək Əməkdar artist, kamança ustası Ədalət Vəzirovdan dərs alıb.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə