“7 özəl” proqramında qonaq olan əməkdar artist Elza Seyidcahan Aygün Kazımova ilə olan münasibətindən danışıb. SİA xəbər verir ki, müğənni verlişin aparıcısı Mehin Hümbətovanın yönəltdiyi sual barəsində, “Biz istidən ölməmişik, soyuqdan da ölməmişik. Arada xoşagəlməz hadisə oldu. Allah ruhunu şad eləsin, o, İlhamə Quliyevanın fitvasına getdi. İlhamə xanım mənə də çox şeylər deyirdi, amma mən heç zaman fitvaya getmədim. Şükürlər olsun ki, tortu mənə Allah versin. Mənə Allah nə qədər istəyirəm tort verib. Xoş günlərdə tortların sayı-hesabı bilinmir. Onun da balasının toyu olsun, çoxlu tortlar kəssin. Hər şey keçmişdə qaldı” sözlərini deyib.
Xatırladaq ki, mağazaların birinin açılışında tortkəsmə mərasimi zamanı xalq artisti Aygün Kazımova Elza Seyidcahana tort verməmişdi. Bu da onlar arasında qalmaqala səbəb olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB