İllərdir davam edən küsülülük bitdi

Uzun müddətdir küsülü olan Əməkdar artistlər - Çingiz Əhmədov və Nahidə Orucova “Təsir dairəsi” verlişində barışıb. SİA xəbər verir ki, bir araya gələn iki aktyor bu incikliyi aradan qaldırıb.

Qeyd edək ki, Çingiz Əhmədov bir neçə gün bundan əvvəl səhhətində yaranan problemlə əlaqədar əməliyyat olunub. Sözügedən proqramın aparıcısı Lalə Azərtaş və Nahidə Orucova da digər qonaqlarla birgə onu ziyarət ediblər. Əməliyyatdan sonra həmkarı tərəfindən belə bir hərəkət qarşısında aktyor aralarında olan söz-söhbətə son qoyub. İllər sonra iki aktyor arasında küsülülüyə son qoyulub.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə