“Barda bir gecə” tamaşasında gənc həmkarı Afra Saraçoğlu ilə birgə rol alan aktrisa Nurgül Yeşilçay səhnədə huşunu itirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, səhnədə yerə yıxılan aktrisa dərhal kulisə aparılıb. Aktrisaya dərhal ilk tibbi yardım göstərilib.

Bildirilib ki, buna səbəb Nurgülün gərgin iş rejimi olub.

Bu səbəbdən tamaşanın nümayişi iki günlük təxirə salınıb.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə