Hər kəs istədiyini geyinməkdə azaddır

Məşhur türk müğənni Öykü Gürman ötən axşam oteldə səhnəyə çıxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, nişanlısı Fatih İçmeli konserti ön masadan izləyib.

Qadın müğənnilərin cəsur səhnə geyimlərindən danışan Gürman “Hər kəs istədiyini geyinməkdə azaddır. Gülşən çox məhsuldar insandır. Mən ona çox hörmət edirəm. Paltarları çox yaxşı daşıyır”, - deyə o bildirib.

"Nişanlınız dekolteni qadağan etsə, bunu qəbul edərdinizmi?" sualına, “Nişanlı və həyat yoldaşı ayrıdır, amma hər halda dekolteni normada olanda bəyənirəm. Bununla çox rahat ola bilmirəm" deyib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə