Nikahdankənar uşaq dünyaya gətirmək daha gözəldir - ƏMƏKDAR ARTİST DANIŞDI

Əməkdar artist Nigar Şabanova etdiyi açıqlama ilə yenidən gündəm olub. SİA xəbər verir ki, əməkdar artist, nikahdankənar övlad dünyaya gətirməyi düzgün qəbul etdiyini söyləyib.

“Tarixin bir günü” verilişində danışan Nigar Şabanova, “Bir qadın ailə qura bilməyib, yaxud da evliliyi uğursuz olub, taleyi gətirməyib. Müəyyən yaş dövrünə çatıb. Hər qadının arzusu ana olmaqdır. Özü üçün dünyaya övlad gətirir. Yaşlandığı zaman xəstələnəndə, özümə çörək ala bilməyəndə o qınayanların biri dəstək olacaq? Mən qardaşımın uşağını övladlığa götürdüm. Onu gizlətmirəm. Çünki kimdənsə uşaq dünyaya gətirməmişəm. O, öz anasına “mama” deyir, mənə də “ana”. Məndən də çox onunla vaxt keçirir. Çünki evdə tapılmıram. Mənim onu valideynindən qoparmağa haqqım yoxdur. Məncə, nə qədər gec deyil, klinikalara müraciət etsinlər, uşaq dünyaya gətirsinlər. Tək qalmaqdansa, nikahdankənar uşaq dünyaya gətirmək daha gözəldir. Təklik çox pisdir” şəklində açıqlama verib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə