Məşhur cütlük 3,5 milyon dollarlıq toy etdi

Britaniyalı fotoqraf Bruklin Bekhem və amerikalı aktrisa Nikola Peltsin toy mərasimindən ilk fotolar yayılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, italyan moda evi "Valentino"nun hazırladığı gəlinliyi ilə Nikola sadə gəlin olub.

O, gəlinliyini fransız krujevadan hazırlanmış əlcəklər və platforma dabanlı "Versace" markalı ayaqqabısı ilə tamamlayıb. Digər tərəfdən, bəyin ailəsi Bruklinin gəlinin soyadını almasını birmənalı qarşılamayıb.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə