Belə mahnılar biyabırçılıqdır - Müğənni tənqid etdi

Müğənni Səidə Sultan həmkarları Sevil-Sevinc Səfərovaların meyxanaçı Namiq Qaraçuxurlu ilə ifasını tənqid edib. SİA xəbər verir ki, müğənni bu barədə “Şourum” verilişində danışıb. Səidə Sultan trendlərdə ilk onluqda olan mahnılara münasibət bildirib. Daha sonra isə əkizlərin və Namiq Qaraçuxurlunun “Oxşamıram” duetini bəyənmədiyini açıqlayıb.

Səidə onların ifası haqqında “Camaat bu mahnını birinci kimi görürsə, biabırçılıqdır. Belə mahnılar “itə tök”dür”, doludur. Amma ondan sonra gələnlər zövqlü mahnılardır. Birinci isə zövqsüzdür. Ona zövqlü mahnı deyirlər? Buna baxıb deməsinlər ki, paxıllıq edir. Çəkisi olmayan mahnıya necə paxıllıq edəsən? O mahnılar sadəcə zövq korlayırlar, pislik edirlər”,- deyə fikrini bildirib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə