Müğənni Yaşar Cəlilov və prodüser Vüsalə Kərimova yollarını ayırıb. SİA xəbər verir ki, uzun illərdir birgə fəaliyyət göstərən ikili işbirliklərini sonlandırıb.

Bu haqda heç bir açıqlama verməyən Yaşar Cəlilovun əksinə, Vüsalə Kərimova öz sosial şəbəkəsində məlumat yayaraq ayrılığın heç bir səbəbi olmadığını bildirib.

Prodüser “Həyatda hər şeyin bir sonu varmış. Təəssüf ki, bəzən səbəbsiz olsa da, yollar haçalanmağa məruz qalır. Mən həyatıma seçdiyim insanların dəyərini bilirəm. Yaşar, səninlə uzun bir yol gəldik, birlikdə ağladıq da, güldük də. Acılı-şirinli çox şey yaşadıq. Hər kəsin ürəyindəkini Allah bilir. Birlikdə keçən 11 ili üst-üstə yığsaq, bəlkə də heç bir ilini mehriban olmadıq. Həmişə dalaşdıq, bir-birimizin sözü boğazımızdan keçmədi! “Dur” deməyin zamanı gəldi. Sən yoluna davam et, yolun açıq olsun. Çalış yaşadığın ömür boyunca kimsənin ruhunu incitmə, sən haqq dünyasını bilənsən. Əsas odur ki, haqq dünyasına sorğu-sualsız gedəsən. Məndən bu qədər”,- deyə açıqlama verib.

Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə