Qadın olmaq üçün əməliyyat etdirdi

Məşhur türk serialı "Çukur"da Timsah Celil obrazı ilə şöhrət qazanan aktyor Ahmet Melih Yılmaz trans olduğunu açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, səmimi açıqlamalar verən Yılmaz "Dəyişmək üçün ilk əməliyyatımı etdirdim" deyib.

Plastik əməliyyat etdirdiyini bildirən Ahmet Melih Yılmaz, "Bir neçə plastik əməliyyat keçirtdim. Burun və sinə əməliyyatı oldum. İlk əməliyyatımla dəyişdim. İndi vətənim olan Ankaraya köçmüşəm. Qazandığımı əməliyyatlara xərcləyirəm. Zəngin ərim olsaydı camaata göstərərdim” dedi.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə