Nüfuzlu xarici iqtisadiyyat jurnalı "Forbes" 2022-ci il üçün milyarderlərin siyahısını dərc edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, barbadoslu müğənni və modelyer Rihanna ilk dəfə siyahıda yer alıb.
Alt paltarı və kosmetika brendi ilə Rihannanın sərvəti keçən il 1,4 milyard dolları ötüb. Bu günlərdə ilk dəfə ana olmağa hazırlaşan müğənni bu dəfə 1,7 milyard dollarlıq sərvəti ilə dünya milyarderlər klubuna qatılıb. 2668 nəfərlik siyahıda 1729-cu yeri tutub.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB