Tək şərtim layihədə qadınlara qarşı zorakılıq olmamasıdır

Bir müddət əvvəl türk aktyor Alp Navruzla paylaşdığı "Ada nağılı" serialında rol alan aktrisa Ayça Ayçin Turan hazırda ssenarini oxuyur və təklifləri dəyərləndirir. SİA xarici mətbuata istinadən xəbər verir ki, fərqli obrazlar canlandırmaq istədiyini bildirən aktrisa açıqlama verib.

O, “Tək şərtim layihəyə qadınlara qarşı zorakılıq olmamasıdır. Mən bu mövzuda çox həssasam. Mən belə zarafatı belə qəbul edə bilmirəm. Qadına qarşı zorakılığı bəzəyən bir serialda rol almayacağam” deyib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə