Mən evli qadınam, hələ boşanmamışam

“Hər sevgi biraz gülməli” adlı türk tamaşasında rol alan Türkiyənin aktrisası Burcu Kıratlının bir müddət əvvəl vəkil Nail Gönenli ilə yeni eşq macərası yaşadığı iddia edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, gözəl aktrisa eşq iddialarından danışıb.

Ötən gecə İstanbulun "Etiler" adlanan ərazisində jurnalistlərə açıqlama verən Kıratlı, “Nail 10 illik dostumdur. Heç vaxt belə bir şey ola bilməz, mən hələ də evli qadınam, dostlar. Mən heç vaxt belə şey etmərəm, xahiş edirəm, belə suallar verməyin, çox ayıbdır. Axı mən hələ də boşanmamışam” deyib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə