Mən bütün həyatımı bu rola sərf etmişəm

90-cı illərə damğasını vuran "Sahil mühafizəsi" serialının ulduzu, kanadalı aktrisa Pamela Anderson Broadvaydə "Çikaqo" musiqili filmində Roksi Hart rolunu oynayacaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, "Roxie ilə həyatımız çox oxşardır" deyib.

Aktrisa "Mən bütün həyatımı bu rola sərf etmişəm" söyləyib.

Anderson beşinci evliliyi Den Hayhurstla boşanma prosesindədir. Həyatında yeni səhifə açan Andersonun pərəstişkarları da bioqrafik filmi gözləyirlər.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə