Məşhur türk sima Ebru Şallı 2019-cu ildə Uğur Akkuşla evlənib. SİA xarici mətbuata istinadən xəbər verir ki, xoşbəxt ailə quran Şallı sosial şəbəkədəki səhifəsindən Akkuş soyadını silməklə diqqət çəkib.

Qeyd edək ki, cütlük bir müddətdir ki, Türkiyədə yoxdur.

2011-ci ildə küveytli sərmayəçiləri aldatdığı iddiası ilə mühakimə olunan Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun 8 il 4 ay həbs cəzası aldığı iddia edilib.

Məhkəmə qərarı ilə Uğur Akkuşun evinin və ofisinin girov qoyulduğu, məşhur cütlüyün bu iddiaya görə ölkəyə qayıtmayacağı və Amerikada məskunlaşdıqları iddia edilib.

Onun haqqında yayılan söz-söhbətləri təkzib edən Akkuş, “İndiyə qədər 65 ölkəni gəzmişəm və hər il dünyanın bir yerinə gedirik. Hər dəfə gedəndə belə şeylər olur”.

Bütün iddialara baxmayaraq əri ilə birlikdə olan Ebru Şallının indi boşanma qərarı aldığı iddia edilib. Keçmiş model sosial media hesabından “Akkuş” soyadını silib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə