Müğənni həmkarına belə söz atdı

Məşhur türk müğənni Demet Akalının illər əvvəl bir proqramda oynadığı video bu gün sosial mediada yayılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, böyük marağa səbəb olan videoya edilən şərhə Gülşənə söz ataraq cavab verib.

Akalın videosunun altına şərh yazan izləyicilərindən birinə Gülşəni nəzərdə tutaraq belə cavab verib: "Biz qucaqda oturmamışdıq! Mən hələ də oturmuram".

Qeyd edək ki, Gülşən ötən həftələrdə konsertinə baxmağa gələn dostunun qucağında oturmuşdu. Gülşənin bu addımı uzun müddət danışılıb.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə