Məşhur türk müğənni Edis "Yeni Türkü Zamansız" albomunda ifa etdiyi "Bana Bir Masal Anlat Baba" mahnısı ilə atası Ayxan Görgülüyə sürpriz edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, atasının xəbəri olmadan studiyaya girdiyini bildirən müğənni açıqlama verib.
Edis, “Ona hədiyyə olmasını istədim. Ona görə də xüsusilə albom üçün mahnı oxumaq təklifi gələndə bu mahnını seçdim. Mahnını yazarkən və albom çıxmazdan əvvəl anamla onun görməməsi üçün çox çalışdıq. Uzun müddət aramızda zarafatlaşdıq”, - deyə bildirib.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB