Rusiya ordusunun hərbi geyimlərinin dizaynını hazırlayan rus modelyer Valentin Yudaşkinə Paris Moda Həftəsi qadağan edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb kimi rusiyalı modelyerin indiyədək Ukraynanın işğalı ilə bağlı heç bir bəyanat verməməsi göstərilir.
Dünyaca məşhur ulduzları geyindirən, dizaynları “Vogue”, “Elle”, “Tatler” kimi jurnallarda yer alan Yudaşkin Parisdə keçirilən moda həftələrində kolleksiyalarını tanıtdırırdı. 25 ölkədə satılan Yudaşkinin bəzi dizaynları Nyu Yorkdakı Metropoliten Muzeyində də nümayiş etdirilir.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB