Ana olmağa hazırlaşan barbadoslu milyarder müğənni və modelyer Rihanna hamiləlik tərzi ilə diqqət çəkir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rihanna qarnıaçıq paltarlar geyinir.
O, hər zamanki kimi yüksək dozada seksual dizaynlar seçir və qadın enerjisini ən yüksək dozada yaşamağa davam edir. Müğənni, hamilə qadınların geyim nümunələrini pozur.
Alt paltarı markası olan Rihanna, bütün seksual dizaynlarının hamilə qadınlar üçün də uyğun olduğunu öz üslubu ilə təbliğ edir. Hamiləlikdən əvvəl tez-tez qarnıaçıq paltarlar geyinən Rihanna indi də qarnının örtülməsi və gizlədilməsi lazım olduğuna inanmır. O, həmçinin qarın nahiyəsini daş-qaş və aksesuarlarla bəzəyərək onu ən diqqətçəkən yerə çevirir.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB