Müğənni geyim tərzi ilə gündəmdədir

İddialı və fərqli geyim tərzi ilə daim gündəmdə olan dünya şöhrətli müğənni Rihanna hamilə olduğunu açıqladıqdan sonra iddiasını artırıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ötən gün Paris Moda Həftəsində moda nümayişinə qatılan "Riri" geyim seçimi ilə çox danışılıb.

İki ilə yaxındır reper ASAP Rocki ilə sevgili olan dünya şöhrətli müğənni analıq həyəcanını yaşayır. İlk körpəsini qucağına almağa hazırlaşan Rihanna ötən gün Paris Moda Həftəsində dünyaca məşhur brendin nümayişinə qatılıb.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə