Bunlar olarkən biz necə yata, işləyə bilərik?

Dünyanın tanınmış adları Rusiyanın Ukraynaya təcavüzünə səssiz qalmır. SİA xarici mətbuata istinadən xəbər verir ki, milyonlarla insanın izlədiyi sosial media platformalarından sülh çağırışı üçün istifadə edirlər. Onlardan biri də rusiyalı model İrina Şeykdir.

Ukrayna ilə Rusiya arasında gedən müharibədə xalq Rusiyanın hücumlarından qorunmaq üçün sığınacaqlara axışıb. Bəzi hamilə vətəndaşlar sığınacaqlarda doğum etməli olublar.

Yeni doğulan körpələrin doğum anı və vəziyyəti bütün dünyanı dərindən kədərləndirdi. Ölkəsinin hücumlarının qurbanı olan insanların bu görüntüləri rusiyalı model İrina Şeyki də pərişan edib.

Mövzu ilə bağlı sosial media hesabından paylaşım edən model, "Bunlar olarkən biz necə yata, işləyə və ya fəaliyyət göstərə bilərik?" sözlərində ifadə etmişdir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə