Bu rəng moda həftəsində iz buraxdı

İlin rəngi seçilən "very peri" moda həftəsində iz buraxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Milanda sərgilənən payız-qış kolleksiyalarında mavi və qırmızı əsaslı bənövşəyi ton olan bu rəng ön plana çıxıb.

"Versace", "Blumarine", "Gucci" və "Etro" moda evləri müasir, rahat və zərif dizaynları parlaq teksturalar və iddialı kəsimlərlə birləşdirib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə