ABŞ aktrisası Skarlett Cohansson dəriyə qulluq brendi təsis edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, aktrisa sosial şəbəkədə "təmiz və əlçatan gözəllik" vəd edən "The Outset" brendini elan edib.

Cessika Alba, Lady Gaga, Drev Barrymore, Jennifer Lopez kimi kosmetika sənayesinə üz tutan aktyorlara qoşuldu. Müğənni Rihanna və ekran ulduzu Kim Kardaşyan dəriyə qulluq brendi quraraq milyarder olublar. İki uşaq anası olan Yohanssonun sərvəti 165 milyon dollardır.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə