Barbadoslu müğənni və modelyer Rihannanın 34 yaşı tamam oldu. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rihanna milyarder kimi yeni yaşını qeyd edib.
Keçən yay qurduğu kosmetika və alt paltarı markası ilə sərvəti 1,7 milyard dollara çatan Rihanna dünyanın ən zəngin musiqiçisidir. Hazırda reper ASAP Rokki ilə münasibətindən uşaq gözləyən Rihanna hamiləliyinin necə keçdiyini danışıb.
Müğənni, "Mən alışılmamış yorğunluq və yuxululuq vəziyyətindəyəm" deyib.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB