Son zamanlar məşhur türk sima Mehmet Dinçerlerlə eşq macərası ilə gündəmə gələn müğənni Hadisə bir müddətdir ki, çətin günlər keçirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bəzi pərəstişkarlarından şikayətçi olan Hadisə məhkəmədən xəbər alıb.
Hadisənin uzun müddətdir təqiblərə məruz qalan problemli fanatı ilə bağlı məhkəmə qərarı verilib.
Müğənninin "Davamlı məni izləyir. Qorxma, səni incitməyəcəyəm. Sən mənim tək sevgimsən" deyə şikayət etdiyi Ümit S-yə qarşı iddia qaldırılıb.
Ümit S. sadə hədə-qorxu və cinsi təcavüzə görə 3 min 300 TL-lik məhkəmənin qərarı ilə pul cəzasına məhkum edilib.
Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB