"İnstaqramdan istifadə edən kişi istəmirəm"

Məşhur türk müğənni Linet ötən axşam səhnəyə çıxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, konsertdən əvvəl müğənni Hülya Avşarın "İnstaqramdan istifadə edən kişi istəmirəm" açıqlamasına münasibət bildirib.

O, “Mən heç kimə nəyisə qadağa qoya bilmərəm, heç kim heç kimin malı deyil. Mən sevgilimin telefonuna qarışmıram” dedi.

Yeni tanış olduğu bir pilota aşiq olmağa başladığı iddia edilən Linet “Bundan niyə xəbərim yoxdur? Mən təkəm, ürəyim boşdur” deyib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə