Məşhur türk müğənni Kalben ötən axşam albomunun təqdimat konsertini verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, çox həyəcanlı olduğunu bildirib.
Müğənni, “Mahnımın sözlərini unutmuşam. Hazırda adımı çətinliklə xatırlayıram" deyib.
O, modelyer Məhmət Əmiroğlunun Şeyma Arslanerin stil məsləhətçiliyi ilə hazırladığı iki kostyum geyinib. İki saatdan çox səhnədə qalan Kalben bir müddət çəkmələrini çıxarıb və ayaqyalın mahnı oxuyub.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB