Rumıniyalı müğənni İnna yeni mahnısının reklamı üçün İstanbula gəlməyə hazırlaşırdı. SİA xarici mətbuata istinadən xəbər verir ki, lakin onun təyyarəsi ötən gün yağan qar səbəbindən Çorlu Atatürk Hava Limanına enib.
Oteldə gecələyən müğənni ölkəsinə avtomobil yolu ilə qayıtmaq istəyib. Bolqarıstan ölkəyə daxil olanlardan PCR testi istədiyi üçün İnna da Ədirnədəki özəl xəstəxanada PCR testi etdirib. Test nəticəsi mənfi olan müğənni şəxsi avtomobili ilə Rumıniyaya qayıdıb.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB