Tamaşaçılarla görüşə hazırlaşan məşhur türk kanalı Kanal D-nin yeni serialı "Üç Bacılar"ın ilk təqdimatı olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, türk sənət adamı İclal Aydının eyni adlı romanından uyğunlaşdırılan serial Türkiyənin “Ayvalık” adlanan ərazisində çəkilir.

Serialın baş rollarında aktrisa İclal Aydın, Reha Özcan, Özgü Kaya, Almila Ada və Melisa Berberoğlu iştirak edəcək. Ailə və qardaşlıq bağlarından bəhs edən səmimi və isti ailə hekayəsi ilə tamaşaçıların rəğbətini qazanacaq “Üç bacı” tezliklə Kanal D-də olacaq.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə