Məşhur türk aktrisa Fahriyə Evcən və həyat yoldaşı Burak Özçivit bazar səhəri İstanbulda qarla oyanarkən bayram ediblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, cütlük isti geyinib evlərinin bağçasına çıxıblar.

Onlar bir-bir fotolar çəkdirərək sosial media hesablarında paylaşıblar. Fahriyə Evcənin qarlı pozaları saat ərzində 586 min 386 bəyənmə toplayıb. O, bəyənmə sayında ərini üstələyib. Burak Özçivit isə 494 mində qalıb. Bununla belə, Burakın daha çox izləyicisi var.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə