Məşhur türk aktrisa Dəmət Özdəmir və müğənni Oğuzxan Koç 2021-ci ildə sevgiləri ilə iz qoydular. SİA xarici mətbuata istinadən xəbər verir ki, cütlük ötən həftə "İnstaqram"da bir-birini izləməyi dayandırıb və birlikdə olduqları kadrları "İnstaqram" səhifələrindən yığışdırıblar. İndi isə cütlüyün ayrılması ilə bağlı yeni iddia ortaya çıxıb.

Dəmət Özdəmir aktyor Şükrü Özyıldızla rol aldığı "Aşk Taktikaları" filminin çəkilişlərində çox yaxın olub. Bu vəziyyət Oğuzxanı narahat edib. Daha sonra Özyıldızın Dəmət Özdəmirə "Onunla işləmək çox xoş oldu. İnşallah yenidən işləyəcəyik" deməsi davanın şiddətlənməsinə səbəb olub.

Özyıldızın sözlərini qısqanan Oğuzxan Koçun sevgilisinə soyuq münasibət sərgilədiyi və cütlük arasında mübahisə başladığı öyrənilib. Bu davadan sonra Özdəmirlə Koçun qısa müddət sonra ayrıldığı öyrənilib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...