Son zamanlar səhnədə üstünlük verdiyi cəsur geyimləri ilə tənqid hədəfinə çevrilən məşhur türk müğənni Gülşən nəhayət ki, susqunluğunu pozub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Gülşən ona gələn tənqidlərdən sonra "İnstaqram" səhifəsində açıqlama verib. Gülşənə həmkarları da dəstək olub.

"İnstaqram" səhifəsində açıqlama verən Gülşən, "Mən qadın bədənində doğulmuş insanam. Mənim adım Gülşəndir. 26 ildir ki, öz ayaqlarım üzərində dayanıb, arı kimi işləyirəm. Mənim heç kimə ehtiyacım yoxdur. Pop musiqiyə dəyər və yenilik qatmaq üçün saysız-hesabsız mahnılar yazdım".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə