Türkiyə Maneəsiz Yaşayış Fondunun 12-ci dəfə təşkil etdiyi “İlin ən yaxşıları mükafat mərasimi” ötən axşam öz sahiblərini tapıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, türk kanalı Kanal D gecəyə damğasını vurub.
“Arka Sokaklar” serialı “İlin ən yaxşı cinayət serialı” seçilib. “Rıza Baba” obrazını canlandıran Zafər Ərgin “Ömürlük Peşə və Şərəf Mükafatı”nı qazanıb. Hüsnü Şənbarmaq "İlin Ən Uğurlu Musiqi Proqramı" mükafatını aldı.
Bundan başqa, “İlin ən yaxşı türk klassik musiqisi kişi sənətçisi” mükafatı da verilişin aparıcılarından olan Hakan Altuna verilib. “Ən yaxşı serial” mükafatı “Yarqı” seriaına verilib. Aktyor Kaan Urgancıoğlu "Ən Yaxşı Kişi Aktyor" mükafatlarını, aktrisa Pınar Dəniz isə "Ən Yaxşı Qadın Aktrisa" mükafatlarını alıb. Kanal D Xəbər müxbirlərindən İbrahim Konar Fondun Xüsusi Mükafatını alıb.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB