Serialın çəkiliş meydanından ilk kadrlar gəlib

Məşhur türk kanalı Kanal D-nin maraqla gözlənilən "Üç Bacı" serialının Ayvalıkdakı çəkiliş meydanından ilk kadrlar gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, İclal Aydının çox satan romanından uyğunlaşdırılan serial bir-birinə çox bağlı olan Türkan, Dönər və Dərya bacılarının hekayəsindən bəhs edir.

Baş rollarda Reha Özcan, İclal Aydın, Berker Güvən, Özgü Kaya, Almila Ada və Melisa Bərbəroğlunun yer aldığı “Üç bacı” tezliklə Kanal D-də olacaq.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə