Transparan libasla səhnəyə çıxan müğənni rəqs edib

Cəsarətli səhnə geyimləri ilə adından söz etdirən, səhnədə cəsarətli geyimi ilə onun haqqında səslənən tənqidlərə cavab verən məşhur türk müğənni Gülşən rəqsi ilə də gündəm olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, səhnədə “Rakkas” mahnısını ifa edən Gülşən cürətkar rəqs edib.

Müğənninin rəqs etdiyi anlar qısa zamanda sosial şəbəkədə sürətlə yayılarkən, istifadəçilər də ikiyə bölünüb. Sosial şəbəkə istifadəçilərinin bəziləri Gülşənin rəqsini tənqidlərə cavab olaraq görsə də, bəziləri bu rəqsin şişirdildiyini bildirib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə