“Yeni layihələri dəyərləndiririk”

Məşhur türk aktrisa Afra Saraçoğlu ötən gün Nişantaşıdakı məkanlardan birində meneceri ilə görüşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, o açıqlama verib.

Aktrisa, "Yeni layihələri dəyərləndiririk, amma bugünkü görüş iş üçün deyildi, qəhvə içdik" dedi.

Türk aktrisa Nurgül Yeşilçayla "Timsah atəşi" teatr tamaşası haqqında danışan Saraçoğlu, "Ayın 20-də Antalyaya qastrol səfərimiz var. Səhnədə olmaq başqa şeydir. Bunu yaşamaq mənim üçün böyük şərəfdir” dedi.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə