Uzun müddətdir ki, ekranlardan uzaq olan aktrisa Merve Boluğur sosial media səhifəsində paylaşımları ilə ad qazanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, aktrisa Bolugur, Bodrum tətilində paylaşdığı mini paltarı ilə izləyicilərinin diqqətini çəkib.

Sosial media yazıları ilə tez-tez gündəmdə olan aktrisa, izləyicilərinin sayını artıqca, reklam məzmunu üçün tələb etdiyi qonorarı da artırıb. 3 milyon 600 min izləyici sayına çatan aktrisa, reklam məzmunlu paylaşımlardan 30 min TL alırdı. Bolugur indi reklam məzmunu üçün 50 min TL istəyir. Merve Boluğur sosial media hesablarinda paylaşımlarını sürətləndirib. Hazırda Bodrumda olan Boluğur qara mini paltarını geyinərək dəniz kənarında poza verib. İzləyiciləri Merve Boluğurun pozalarını bəyənib və çoxlu şərhlər ediblər.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə