Uzun müddətdir birlikdə olan aktrisa Vildan Atasever və musiqiçi Mehmet Erdemin bir müddət əvvəl evlənmək qərarına gəldikləri məlum olub. SİA -nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Vildan Atasever və Mehmet Erdem ötən gün Etilerdə görüntülənib.

Ataseverin sol əlində təktaş və alyans üzüyü diqqət çəkib.

Sentyabrın 9 -da toy masasına oturacaqları söylənən cütlük, ötən gün Ulus Liv Xəstəxanasında obyektivlərə tuş gəlib. Onlara ünvanlanan suallara “Səhhətimizdə heç bir problem yoxdur. Daha sonra danışarıq "deyən cütlük taksiyə minərək ordan uzaqlaşıblar.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə