Müğənni Murat Dalkılıçın çoxdankı sevgilisi aktrisa Hande Erçelin dostu Sitare Akbaşla eşq yaşadığı iddia edilib. SİA xarici mətbuata istibadən xəbər verir ki, son həftələrdə sevgi iddialarına sərt davranan Murat Dalkılıç sevgilisi ilə səmimi rəqs edərkən yaxalanıb.
Hande Erçel ilə üç illik münasibətlərinə son qoyduğu iddia edilən müğənninin "Murat Dalkılıçın uşaq istədiyini və aktrisanın buna hazır olmadığını" söylədiyi zaman yeni bir eşq macərasına yollandığı deyilib.
Dalkılıçın qəlbini tutan gözəllik Hande Erçelin dostu olan aktrisa Sitare Akbaşdır. İkisinin təxminən üç aydır sevgili olduğu deyilir. Şəxsi həyatının gizli qalmasını istəyən müğənni bu yaxınlarda sevgi iddiasını rədd edib və suallar verən müxbirə reaksiya verib.
37 yaşındakı Dalkılıç, "Məndən bir şey soruşacaqsansa, düzgün soruşun!" deyə qışqırıb: "Mənə doğru sualı verməyəcəksənsə, heç vaxt cavablandırmayacağam! İstəsəm cavablandıracam. Bunu da unutma, yaxşı? Uzun illərdir tanışıq. Düzünü deyəcəyəm, amma nə vaxt istəsəm" dedi.
Bütün bu hadisələrdən sonra məşhur müğənni və aktrisa ötən gün Alaçatında bir yerdə tutulub. Ətrafdakı insanlara əhəmiyyət verməyən cütlük bir-birlərinə sevgi ilə baxaraq əyləniblər. Dalkılıç və aktrisa Sitare Akbaşın səmimi əhvalları məkandakı müştərilər tərəfindən qeydə alınıb.
Ötən həftələrdə Çeşmədə mahnının konsertini izləyənlər görünən Sitare Akbaş və Dalkılıç münasibətləri ilə bağlı hələ bir açıqlama verməyiblər.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB