Türk aktrisa Bade İşil və Malkoç Süalp 2013-cü ilin may ayında evlənmiş və 2016-cı ildə boşanmışlar. SİA xarici mətbuata istinadən xəbər verir ki, ötən gün Bodrum sahillərində Bade İşil ilə Malkoç Süalpı xoşbəxt bir şəkildə görənlər barışdıqlarını və sevginin yenidən başladığını iddia ediblər. İş adamının sevgilisi Güllü Aybardan ayrılması və gözəl aktrisanın uzun müddət tək qalması qeybətə səbəb olub.
Keçmiş ər-arvad onsuz da küsülü olmayıblar. Onlar uşaqları Azur üçün görüşürdülər. Malkoç Süalp da həftə sonu oğlunu götürmək üçün Bodruma gedib. Sahildə bütün günü birlikdə əyləniblər.
Malkoç daha sonra Azurla birlikdə Marmarisə gedib. Bir neçə gün ata-oğul tətili keçirəcəklər və bu gün Azurun doğum gününü qeyd edəcəklər. Onlar barışmayıb. Bəlkə bir gün barışarlar, amma bu gün yox.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB