Məşhur aktrisanın sirri hər kəsi heyrətləndirdi - FOTOLAR

27 yaşındakı türk aktrisa Ebru Şahin, son dövrün önəmli adlarından biridir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Şahinin gözəllik sirri hər kəsi heyrətləndirir.

Məşhur aktrisa Cedi Osman arasındakı münasibətlər tam təmas xəttində davam edir. Ebru Şahin və Cedi Osman cütlüyü dünən axşam "Harbiye"də səhnəyə çıxan Hasan Can Kayanı görməyə gediblər.

Yeni serialı ilə yenidən ekranlara qayıtmağa hazırlaşan 27 yaşlı aktrisa, sosial medianın böyük maraq göstərdiyi adlardan biridir.

Ebru Şahinin gözəllik sirri hər kəsi təəccübləndirib. O, tam taxıl dənli bitkilərdən istifadə edir. Lifli qidalara üstünlük verir.

Məşhur aktrisa üzünə darçın, bal və süd maskası çəkir. Saçlarına zeytun və ya Hindistan cevizi yağı istifadə edir.

O, əllərinin və dırnaqlarının baxımı üçün zeytun yağından istifadə edir. Mütəxəssislərin fikrincə, zeytun yağında Omeqa 9 və E, K vitaminləri var ki, bu da əllər və dırnaqlar üçün çox faydalıdır.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə