"Evlənməyə tənbəllik edirik" - FOTO

Türk prodüser Necati Kocabayla aşiq olan aktrisa Nurgül Yeşilçay, jurnalistlərin evliliklə bağlı suallarını cavablandırıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, məşhur aktrisa "Vallah evlənmək üçün vaxt tapa bilmirik. Düzünü deyim ki, evlənmək üçün çox tənbəlik!" deyib.

Aktrisa, sevgilisi Necati Kocabay və oğlu Osman Nejat Özer də daxil olmaqla böyük bir qrup dostu ilə "Bebek" otelində yemək yeyirdi. Oğlunun çox əhəmiyyətli peşə məktəbini qazandığını və onun üçün şam yeməyinə çıxdıqlarını dilə gətirən Yeşilçay, jurnalistlərlə söhbət edib.

6 il sonra 2004-cü ildə evləndiyi həmkarı Cem Özerdən boşanan Nurgül Yeşilçay, 6 il sonra Necati Kocabay ilə münasibətləri ilə bağlı "Həyatımın sevgisini tapdım, çox xoşbəxtəm" ifadəsini işlədib.

Yeşilçay son bir neçə gündə sevgilisindən aldığı evlilik təklifindən danışıb. Nurgül Yeşilçay, "Bir səhər evdəyik, mənim üçün hazırladığı musiqi siyahısını açdı. Dinləyirik, normal rejimlərimizə davam edirik. Birdən bir mahnı çıxdı. Aaa onun səsi! Mənim üçün xüsusi bir mahnı yazıb! Mahnı belədir: "Mənimlə evlənməlisən. Ayaqlarını ömür boyu isidərəm. Soğanları mən doğrayaram. Səni heç vaxt ağlatmaram, həmişə güldürürəm. Mənimlə evlənməlisən". Çox romantik idi.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...