Məşhur “Hard Rock” qrupu olan “Cinderella"nın məşhur gitaristi Ceff Labar dünyasını dəyişib. SİA xarici mətbuata istinadən xəbər verir ki, məşhur gitaristin ölüm səbəbi bilinmir. Ölümü ilə bağlı məlumat isə oğlu tərəfindən sosial media vasitəsilə yayılıb. Labarın birinci həyat yoldaşı olan Qaile Labar-Bernhard məlumat verib ki, məşhur gitaristin ölmüş bədəni onun Nashvildəki evində tapılıb. Amerikalı “Hard Rock" qrupu olan “Cinderella" 80-ci illərdə xeyli kütlə tərəfindən sevilib. Labar qrupa 1985-ci ildə Mixael Şemrikin əvəzinə qatılıb. O, qrupun 4 studiya albomunda yer alıb. 1986-cı ildəki “Night Songs” və 1988-ci ildə çıxmış “Long Cold Vinter" albomları 3 milyona satılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə