Məşhur cütlük ayrılır? - AKTYORDAN AÇIQLAMA

"Aşkın Tarifi" serialında həmkarı Serra Arıtürk ilə bir video paylaşan aktyor Kadir Doğulu, sosial şəbəkədə bəzi insanların reaksiyasını çəkib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ikisinin səmimi davranışı diqqəti cəlb edib.

Serialda bir-birini sevən, lakin bir araya gələ bilməyən iki gəncin rolunu oynayan cütlük canlı yayımda pərəstişkarlarını qəzəbləndirib.

Onlar dünən axşam "Lider marka mükafatları" mərasiminə qatılıblar. Mərasimdə "Aşkın Tarifi" ilin ən yaxşı serialı mükafatını alıb. Kadir Doğulu ilin ən yaxşı kişi aktyoru, Serra Arıtürk isə ən yaxşı qadın aktrisası mükafatına layiq görülüb.

Mərasimdən sonra jurnalistlərin suallarını cavablandıran Kadir Doğulu "Arvadınızın reaksiyası necə oldu?" sualını belə cavablandırıb: "Neslihan evdədir. Ankaradan qonağımız gəlib. Səhər mənim üçün səhər yeməyi hazırlayıb. Əgər eşitmək istəyirsinizsə, hər şey yaxşıdır uşaqlar".

Sosial mediadakı şərhlərə baxmadığını ifadə edən Doğulu, "Hər şey qaydasındadır. Bu bir komanda işidir. Formaya baxmamalıyıq. Hər kəsin ürəyi rahat olmalıdır. Əgər problem varsa, gedib onlardan soruşacaqsan. Allaha şükür ki, problemimiz yoxdur”.

Kadir Doğulunun açıqlamalarından sonra gözlər həyat yoldaşı Neslihan Atagülə yönəlib. Məşhur aktrisa sosial media hesabından fotosunu paylaşaraq, “Dayanın! Bir az güləcəm” şərhini yazıb.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə