Aktyor evlənə bilmədiyi üçün ağladı FOTO

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayevanın keçmiş həyat yoldaşı, aktyor Tolqa Karelin amerikalı sevgilisi Sarah Skotti ilə evlənmək planı suya düşüb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, İranda "Gem TV"də yayımlanan serialda çəkilən və qonorarını ala bilməyən aktyor yaradıcı heyətə "Mənim yaxın günlərdə toyum olacaq. Pulumu verməsəniz, necə toy edəcəm?" deyə, bildirib.

Sərxoş olan Tolqa göz yaşlarını saxlaya bilməyib, dostları ona təsəlli verib. 3 aydır Antalyada serial çəkilişində olan Karel yeddinci seriyada ekran işindən ayrılmağı planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə