Ernst “Intervision” və “Eurovision” arasındakı əsas fərqi adlandırdı...
...“İntervision” musiqi müsabiqəsi “Eurovision”dan fərqli olaraq, qeyri-ənənəvi dəyərlər tətbiq etmir, əksinə, iştirakçıların yaradıcılıq müxtəlifliyini nümayiş etdirmək məqsədi daşıyır.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə News.ru-ya Birinci Kanalın baş direktoru Konstantin Ernst məlumat verib.
...Biz gördük ki, “Eurovision” son vaxtlar bir çox cəhətdən qeyri-ənənəvi dəyərlərin tətbiqi alətinə çevrilib. “İntervision” tətbiq etmək məqsədi daşımır, bizim vəzifəmiz bütün iştirakçı ölkələrin musiqi yaradıcılığını göstərməkdir”, - Ernst izah edib.
Xatırladaq ki, “İntervision” beynəlxalq musiqi müsabiqəsi sentyabrın 20-də Moskvada keçiriləcək.
21 ölkə iştirakını təsdiqləyib. Birinci yer üçün pul mükafatı 30 milyon rubl olacaq.
Rusiyanı müsabiqədə müğənni Yaroslav Dronov (Şaman) təmsil edəcək.
Rus ifaçılar Pelageya, Dima Bilan, Klava Koka və “Ay Yola” qrupu da “İntervision”un səfiri olublar.
Federasiya Şurası bəyan edib ki, müsabiqə “bir çox illər ərzində Rusiyanın vizit kartına çevriləcək”.
Onun əsas məqsədi mədəni mübadilə və ölkələr arasında dostluq əlaqələrinin möhkəmləndirilməsidir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə