Bağda ərik var idi, yox ey...ağ at da arpa yeyir, amma...

Dibrova ərindən on dəfə çox qazanan kişinin yanına gedib: özünüz deyin: 50, ya deyək ki, elə 70 milyon rubl hara, 1,7 milyard rubl hara...

...Deməli, 65 yaşlı Dmitri Dibrov 16 illik evliliyindən sonra dördüncü həyat yoldaşından boşanmağa hazırlaşır.

Məsələ bundadır ki, Dmitrinin dördüncü həyat yoldaşı olan Polina 50 yaşlı milyarderlə təzə, amma maa elə gəlir ki, təzə də demək olmaz,.. münasibətə başlayıb.

SİA da əsasa “haqq qazandırır” ki, 36 yaşlı Polinanın sevgilisi Dmitridən qat-qat çox qazanır.

Əslində Dmitri Dibrov da standartlara görə, varlı bir adamdır. Gənc həyat yoldaşı üçün pul əsirgəmirdi, bahalı maşınlar, paltarlar alırdı.

O, hətta Rublevkada Polina üçün 1100 kvadratmetr sahəsi olan məxsusi ev də almışdı. (...amma mən bilən ev çərhouzsuz olub,.. çərhouzsuz ev də ki...) Hə, həyat yoldaşı üçün köməkçilər də tutmuşdu. Polina Dmitridən zəngin insanların arvadlarının toplaşdığı və vaxt keçirdiyi "Dibrova Club" biznes layihəsini tanıtmaq üçün pul da alıb.

“Komsomolskaya Pravda”nın jurnalistləri ekspert rəyləri əsasında Dmitri Dibrovun ildə nə qədər qazandığını hesablayıblar.

Məbləğ açıqlandı: 50 ilə 70 milyon rubl arasında. Polina Dibrovanın ərindən ayrıldığı Roman Tovstik pəhriz əlavələri, kosmetika və qida məhsulları istehsal edən böyük şəbəkə şirkətinin həmtəsisçisidir. Açıq mənbələrdən əldə edilən məlumata görə, onun dörd biznesinin ötən il qazancının 1,7 milyard rubl təşkil etdiyi məlum olub.

Amma maa elə gəlir ki, burada artıq Polinanı qınamağa dəyməz. Özünüz deyin: 50, ya deyək ki, elə 70 milyon rubl hara, 1,7 milyard rubl hara...

Maraqlıdır, görən Dima beşinci dəfə evlənməyəcək ki..?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə