Cennifer Lopezin konsertində başında iş gəldi - alt paltarı çöldə qaldı

Cennifer Lopez bu həftə sonu "Up All Night: Live in 2025" dünya turu zamanı qəribə anlar yaşayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İspaniyada uğurlu qastrol səfərindən sonra Avropada olan sənətçi səhnədə olarkən kostyumunda nasazlıq yaranıb. Varşavada canlı ifası zamanı onun ətəyi aşağı düşüb və minlərlə tamaşaçı qarşısında sadəcə alt paltarları ilə qalıb.

Bütün bunlar onun xoreoqrafik ifalarından birinin ortasında baş verib. Cennifer Lopez səhnədə bütün gücünü nümayiş etdirərək ətəyi saxlamağa çalışsa da amma o yerə düşüb. Üzündə o anın şoku əks olunsa da amma sakit qalmağı bacarıb. Nəhayət, rəqqasələrindən birinin köməyi ilə ətəyi yenidən üzərinə geyindirilib.

Hadisədən sonra tamaşaçılar müğənninin təbii davranışını alqışlarla qarşılayıblar. Onun peşəkarlığı sosial şəbəkələrdə də yüksək qiymətləndirilib və çoxları onun ifasına heyran olub, bu da ona improvizə etməyə və hətta kiçik bir səhvi belə şounun bir hissəsinə çevirməyə imkan verib. Avropada Cennifer Lopez Macarıstan, İtaliya və Türkiyədə çıxış etməzdən əvvəl Viqo, Kadis, Malaga, Madrid, Barselona, Bilbao və Tenerifedə çıxış edib. O, qastrol səfəri çərçivəsində Rumıniya, Birləşmiş Ərəb Əmirlikləri və Misir kimi ölkələrdə də çıxış edəcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə