Çulpan Xamatovaya qarşı cinayət işi açılır...

...Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin Rusiyanı tərk edən aktrisa Çulpan Xamatovaya qarşı cinayət işinin açılmasını istəyib. O, Baş Prokurorluğa müvafiq vəsatət təqdim etmək niyyətindədir.

SİA-nın məlumatına görə, Latviyada yaşayan 48 yaşlı sənətçi yeni müsahibəsində Ukraynaya maliyyə yardımı etdiyini etiraf edib.

Borodin bunu Telegram kanalında yazıb.

Rusiyada bu cür hərəkətlər vətənə xəyanət və ya ekstremist fəaliyyətdə iştirak kimi təsnif edilə bilər.

Xamatovanın sözlərinə görə, onun Ukraynaya yardımı barədə əvvəllər heç kimin xəbəri olmayıb, çünki o, vəsaitləri gizli şəkildə fondlara köçürür.

...Mən hamı kimi Ukrayna fondlarına kömək edirəm.

Bunu Xamatova deyib.

...Onun pulu dəqiq hara göndərdiyini yoxlamaq lazımdır. Biz onlara ekspertiza keçirməyi tapşıracağıq.

Bunu isə Borodin qeyd edib.

Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri vurğulayıb ki, sənətçi əvvəlcə Ukraynanı maliyyələşdirməkdən danışıb.

...Düşünürəm ki, o, bunu Qərbdən maliyyə almaq üçün edib. Gedən sənətçilər üçün xarici agent statusu kozırdır və onlarla əlaqə saxlamaq üçün səbəbdir. Xamatova, səhv etmirəmsə, müsahibəsində deyirdi ki, o, çox qazanmır. Ona görə də indi baş verənlərin hamısı pula görədir.

Qeyd edək ki, Xamatova əvvəllər Latviyada öz peşəkarlığını xarici tamaşaçılara sübut etmək zərurəti ilə üzləşdiyindən şikayətlənib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə